AUT.AZ

Ançelottinin azarkeşə “hədiyyəsi” tənqid olundu

Karlo Ançelotti La Liqanın son turu çərçivəsində keçirilən “Atletik” – “Real” matçından sonra (0:2) etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, hakimin final fitindən sonra qarşılaşmanın keçirildiyi “San Mames” stadionunun tribunalarına yaxınlaşan italiyalı mütəxəssis azarkeşə gözlənilməz hədiyyə edib. O, çeynədiyi saqqızı ağzından çıxararaq fanata uzadıb. Çalışdırıcının hədiyyəsini qarşı tərəf qəbul edib.

Ancaq Ançelottinin addımı birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə onun düzgün hədiyyə seçimi etmədiyini də düşünənlər var.

Qeyd edək ki, “Real” “Atletik”lə görüşdə Kərim Benzema və Toni Kroos vurduğu qollarla qalib gəlib. Madrid klubu La Liqada 17 oyundan sonra 41 xalla turnir cədvəlində ikincidir.

Exit mobile version