AUT.AZ

Onunla bağlı plan qurur  

“Əl-Nəsr” “Olimpiakos”un braziliyalı müdafiəçisi Marselonu transfer etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Aaron Dominqes “Twitter” hesabında yazıb. Mənbənin sözlərinə görə, Səudiyyə klubu “Real”ın keçmiş kapitanı ilə maraqlanır, lakin 34 yaşlı futbolçunun dəqiq nə vaxt təklif ala biləcəyi barədə hələlik məlumat yoxdur.

Marselonun dəvətinin təşəbbüskarı Kriştiano Ronaldodur, o, braziliyalı ilə uzun müddət “Real”da çıxış edib.

Xatırladaq ki, Marselo 2007-2022-ci illərdə “Real”ın futbolçusu olub. Komandanın heyətində keçirdiyi 546 oyunda 38 qol vurub və 103 məhsuldar ötürmə edib.

Marselo “Real”da 25 kubok qazanıb. O, 2022-ci ilin sentyabrından “Olimpiakos”da çıxış edir. Müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Aut.az

Exit mobile version