AUT.AZ

Kərimin əvəzləyicisinə görə 60 milyon verdilər, amma…

“Real” “Napoli”nin hücumçusu Viktor Osimhen üçün 60 milyon avro təklif etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Mənbənin məlumatına görə, neapollular 80 milyon avro tələb edirlər.

“Kral klubu”nun planında Osimhen Kərim Benzemanın əvəzləyicisi kimi düşünülür.

24 yaşlı Osimhen bu mövsüm 19 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2020-ci ildə “Lill”dən “Napoli”yə transfer olunub. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayında başa çatır.

Benzema ilə Real” arasındakı müqavilə mövsümün sonunda başa çatır, lakin tərəflər müqaviləni daha bir mövsüm uzatmağı planlaşdırır.

Aut.az

Exit mobile version