AUT.AZ

Camal braziliyalını məğlub edib çempion oldu

Amerikalı Camal Hill yarımağır çəkidə “Ultimate Fighting Championship”də (UFC – Mütləq Döyüş Çempionatı) çempionluq uğrunda mübarizədə braziliyalı Qlover Teyşeyranı məğlub edib.

Aut.az xəbər verir ki, idmançı hakimlərin yekdil qərarı ilə qalib gəlib. 31 yaşlı Hill ilk dəfə yarımağır çəkidə UFC çempionu olub.

Əvvəllər bu çəki dərəcəsində kəmərin sahibi çexiyalı İrja Proxazka olub, o, sonradan zədələnib və tituldan könüllü olaraq imtina edib. 11 dekabr 2022-ci ildə rusiyalı Maqomed Ankalayev və polyak Yan Blaxoviç UFC-nin yarımağır çəkidə çempionluq kəməri uğrunda üz-üzə gəliblər. Onların döyüşü heç-heçə ilə başa çatıb və kəmər boş qalıb.

Exit mobile version