AUT.AZ

Bura sirk deyil, əyləncənin yeni formasıdır

“Barselona”nın prezidenti Joan Laporta Kinqs Liqa haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, bu liqanın rəhbərlərindən biri “Barselona”nın sabiq müdafiəçisi Jerar Pikedir.

Laporta liqa haqda belə deyib:

“Pike məni Kinqs Liqasının konfransına dəvət edəndə “yox” deyə bilmədim.

Bu, “Barsa”nın xeyrinə olacaq. Beləliklə, biz əyləncənin yeni formasına bağlanırıq.

Başa düşürük ki, futbol gənclər arasında öz tamaşaçısını itirir. Mən sizi futbolun yeni istirahət formasının ixtirasına görə təbrik edirəm. Biz bunu sirk yox, əyləncənin yeni forması hesab edirik.

Kinqs Liqanı ziyarət etmək istərdim. Əgər cədvəlim imkan versə, məmnuniyyətlə gələcəm. Bilirəm ki, bəzi futbolçularımız turniri izləyir”.

Aut.az

 

Exit mobile version