AUT.AZ

Bir erməni ilə bacarmayan AFFA və Tennis Federasiyası

Henrik Mxitaryandan sonra rusiyalı tennisçi Karen Xaçanov da separatçılara dəstək nümayiş etdirib. Özü də “Australian Open” kimi nüfuzlu turnirdə!

AFFA və Tennis Federasiyası hara baxır, nə edir?!

Mxitaryanın birinci şərəfsizliyi deyil bu. Görünən odur ki, nə AFFA, nə də Fransada oturan Elxan Məmmədov bu terroru dəstəkləyən şərəfsizə heç nə edə bilmir və ya etmir…

Rusiyanı beynəlxalq yarışlara buraxmadıqları üçün Karen Xaçanov neytral ölkə təmsilçisi kimi çıxış edir, bununla belə, yenə separatçılığını göstərməkdən çəkinmir.

Tennis Federasiyası da, AFFA kimi illərdir bu idman növünü şəxsi biznesə çevirib. İmkanlı uşaqlardan hər məşqin 1 saatına görə ən azı 50-60 manat alırlar. Amma kasıbın uşağı istedadı olsa da, pulu yoxdursa bu növlə məşğul ola bilməz.

Ümumiyyətlə, ölkədə bir uşağın pulsuz məşğul olacağı idman növü yoxdur (nümunələr varsa, şərhə yazın). Hamısını şəxsi biznesə çeviriblər. Sonra deyirik ki, niyə uşaq idmanı yoxdur, inkişaf etmir və s…

Gözünü pul örtən bu oliqarxların Mxitaryan, Karen və başqa şərəfsizlərin ölkəmizə qarşı açıq-aşkar düşmən mövqeyinə mane olacağına, ümumiyyətlə, beynəlxalq səviyyədə hansısa reaksiya verəcəklərinə heç bir ümidim yoxdur.

Halbuki, bu beynəlxalq skandaldır. İdmanı siyasətə qatmaq olmaz. Üstəlik də, separatçıları dəstəkləmək, başqa ölkənin beynəlxalq səviyyədə tanınan ərazilərinə iddia etmək.

Nə AFFA-dan, nə Tennis Federasiyansından heç nə gözləmirəm. Reaksiya olmadıqca, başqa dığalar da cəsarətlənib separatçı mövqelərini bütün dünyaya sərgiləməyə, insanları çaşdırmağa davam edəcəklər.

Vaxtında AFFA UEFA-ya, FİFA-ya şikayət edib, Mxitaryana layiq olduğu cəzanı verdirsə idi, indi nə Karen, nə başqası belə qələt etməzdi…

Anar Şabanoğlu

Exit mobile version