AUT.AZ

Agenti təkzib etdi

Eduardo Kamavinqin “Real”dan icarə əsasında ayrılacağı ilə bağlı məlumat yayılıb.

Aut.az xəbər verir ki, futbolçunun agenti Conatan Barnett buna münasibət bildirib. O, insayder Fabritsio Romanoya  müsahibəsində belə deyib:

“Bu, doğru deyil. Əlbəttə ki, dünyanın hər bir klubu onu heyətində görmək istərdi. Lakin o, Madriddə çox xoşbəxtdir və klub da Kamavinqadan razıdır”.

Eduardo Kamavinqa 2022-ci ilin yayında “Renn”dən “Real”a keçib. Tərəflər arasında müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

 

Exit mobile version