AUT.AZ

Ser Aleks onu təbrik etdi

Aleks Ferqyuson Yurgen Kloppu baş məşqçi kimi 1000-ci matça çatması münasibətilə təbrik edib.

Aut.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda “Liverpul”un “Çelsi” ilə qarşılaşması alman mütəxəssis üçün yubiley olacaq. O, “Liverpul”la 410, Dortmund “Borussiya”sı ilə 319, “Maynts”da isə 270 oyuna çıxıb.

“Mançester Yunayted”in sabiq baş məşqçisi belə deyib:

“Mən Yurgen Kloppu “1000 Klubu”nda salamlamaqdan çox məmnunam. Yurgen, şübhəsiz ki, dünya futbolunun ən istedadlı məşqçilərindən biridir və bu oyuna gətirdiyi fədakarlıq və ehtiras futbol məşqçiliyində karyera qurmaq istəyən hər kəs üçün ilham mənbəyidir.

Onun karyerasında artıq qazandığı bir çox kuboklar var. “Liverpul”la Çempionlar Liqası və Premyer Liqada əldə etdiyi qələbə onun futbol elitası arasında statusunu təsdiqləyir”.

Exit mobile version