AUT.AZ

Direktoru ölümlə hədələyirlər

Donetsk “Şaxtyor”unun futbol direktoru Dario Srna London “Arsenal”ının azarkeşləri tərəfindən ölümlə hədələnib.

Aut.az “The Guardian”a istinadla xəbər verir ki, “topçular”ın fanatları Srnanı “Şaxtyor”un futbolçusu Mixail Mudrikin “Çelsi”yə transferinə görə hədəf alıblar.

Məlumata görə, Srna sosial mediada “Arsenal”ın bəzi  tərəfdarlarından ölümlə təhdid edilən təhqiramiz mesajlar alıb. Daha nəzakətli insanlar isə onu, Mudrikin “Çelsi”yə keçidini reallaşdırmaqda və futbolçunun gələcəyini sabotaj etməkdə  günahlandırıblar.

Xatırladaq ki, Mudrikin “Çelsi”yə keçidi keçmiş SSRİ ölkələrindən olan futbolçular arasında tarixdə ən bahalı transfer olub. Londonlular Ukrayna millisinin yarımmüdafiəçisi üçün 70 milyon avro ödəyib və daha 30 milyon avronu bonus olaraq  verəcəklər.

Mudrikin transferi üçün “Arsenal” da mübarizə aparırdı.

 

Exit mobile version