AUT.AZ

Bəyanat yaydılar: şikayət edəcəklər

İtaliya A Seriyası rəhbərliyi tərəfindən ağır cəzaya məruz qalan “Yuventus”, hesabından 15 xal silinməsinə münasibət bildirib.

Aut.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı bəyanata görə, “Qoca sinyora” apelyasiya şikayəti edəcək:

“Yuventus” tərəfi qərarın əsaslandırıcı hissəsinin dərcini gözləyir və İdman Ədaləti Məcəlləsinin müddəalarına uyğun olaraq İdman Arbitraj Şurasına müraciət edəcəyini elan edir”.

Qeyd edək ki,  fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib. Eyni zamanda klub rəhbərliyində yer almış Paratiçi 2.5, Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Nedved isə 8 ay diskvalifikasiyaya məruz qalıb.

Exit mobile version