AUT.AZ

Azarkeşlər təzyiq etdi: Ruslarla oyunlar ləğv edildi

Rusiyanın “Ural” klubu ilə Bolqarıstanın “Levski” komandası arasında yoldaşlıq oyunu ləğv edilib.

Aut.az xəbər verir ki, “Ural” bununla bağlı açıqlama yayıb. Bildirilir ki, bu qərar ilk növbədə Bolqarıstan komandasının azarkeşlərinin “Levski”yə ictimai təzyiqi səbəbindən qəbul edilib:

“Levski” ilə Dubayda yoxlama oyunu baş tutmayacaq. Qarşılaşma, “Ural”dan asılı olmayan səbəbə görə ləğv edilib.

Oyun yanvarın 31-də təlim-məşq toplanışı çərçivəsində keçirilməli idi, lakin Bolqarıstan komandası görüşün baş tutmayacağı ilə bağlı bizə xəbərdarlıq etdi.

Bolqarların rəsmi məktubunda deyilir ki, Dubaydakı görüş “Levski”yə olan ictimai təzyiqlər nəticəsində ləğv edilib”.

Qeyd edək ki, “Levski” yanvarın 22-də Moskvanın “Spartak” və   31-də “Ural”la yoldaşlıq görüşlərinin ləğv edildiyini açıqlayıb.

 

Exit mobile version