AUT.AZ

Aman Allah, biz onu necə əldən buraxdıq?

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand “Çelsi”nin cinah oyunçusu Mixail Mudrikin debütü haqda danışıb.

Aut.az xəbər verir ki, ukraynalı futbolçu Premyer Liqanın 21-ci turunun “Liverpul”la oyununda (0:0) ikinci hissədə meydana daxil olub.

Ferdinand BT Sport-un efirində belə deyib:

“Biz hamımız onun videolarına baxmış, partlayıcı sürətini görmüşdük. Bu gün onun topla yumşaq işləməsi, yaxşı ötürmələr verməsi xoşuma gəldi.

O, tam gücü ilə oynamağa başlayanda bütün dayaq müdafiəçiləri çətin sınaqla üz-üzə qalacaqlar.

Mudrik son bir ayda ilk dəfə oynadı. Kim bilir, formaya düşdükcə, bundan sonra nələr göstərəcək. Amma “Çelsi” azarkeşlərinin artıq həyəcanlandığına əminəm.

“Arsenal”ın azarkeşləri isə “Aman Allah, biz onu necə əldən buraxdıq” deyəcəklər.

Aut.az

Exit mobile version