AUT.AZ

Ukraynalı idmançıya rusla eyni klubda çıxış etmək qadağan olundu

Ukrayna Voleybol Federasiyası milli komandanın oyunçusu Timofey Poluyana rusiyalı Aleksey Nalobinlə birgə Türkiyənin “Hekimoğlu” klubunun heyətində çıxış etmək qadağası qoyub. 

Aut.Az xəbər verir ki. bu barədə klub “Twitter” hesabında məlumat yayıb.

 

“Onlar rusiyalı oyunçu ilə müqaviləyə xitam verməyi təklif edib, əvəzində başqa bir ukraynalı göndərəcəyini vəd ediblər. Idmanın ruhuna zidd olduğu üçün buna imza atmayacağıq”.

25 yaşlı Poluyan Türkiyə klubu ilə yanvarın 14-də müqavilə imzalayıb. Bundan sonra federasiya ondan müqaviləni pozmağı tələb edib, əks halda voleybolçunun millidə çıxışına qadağa qoyulacağını bildirib. Ertəsi gün voleybolçu “Hekimoğlu”nun düşərgəsini tərk edib.

33 yaşlı Nalobin isə 2022/2023 mövsümündən Türkiyə komandasında çıxış edir. O, Krasnodar “Dinamo”su və 2016-cı ildə Almaniya çempionluğunu qazandığı “Fridrixshafen” komandasındakı çıxışı ilə də tanınır.

Martın 1-də Beynəlxalq Voleybol Federasiyası bütün Rusiya və Belarus milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb. Həmin gün qurum Rusiyanı 2022-ci il voleybol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edib.

Exit mobile version