AUT.AZ

Saxlanıldı, məhkəməyə aparılır

“Barselona”nın keçmiş müdafiəçisi Dani Alves cinsi təcavüz ittihamı ilə saxlanılıb.

Aut.az xəbər verir ki, Alves dekabrın 30-da Barselonadakı “Sutton” gecə klubunda gənc qadına cinsi təcavüz etməkdə şübhəli bilinir. Hadisə yerli vaxtla səhər saat 10 radələrində baş verib.

Yanvarın 20-də səhər saatlarında Alves Kataloniya paytaxtının Les Korts polis bölməsində dindirilib. Bundan sonra saxlanılıb və məhkəməyə aparılacaq.

Bildirilir ki, onun barəsində müvəqqəti həbs-qətimkan tədbirinin seçiləcəyi az ehtimal olunur.

Exit mobile version