AUT.AZ

Ölən və yaralananlar var

İraq və Oman komandaları arasında Bəsrədə keçirilən “Körfəz Kuboku”nun finalı öncəsi faciə yaşanıb. 

Aut.Az xəbər verir ki, “Cəzaə Əl Nəxlə” stadionunun qarşısındakı izdihamda bir nəfər ölüb, 60 nəfər yaralanıb.

 

Bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yanvarın 6-da başlayan, səkkiz ölkənin iştirak etdiyi turnirin finalına İraq və Oman vəsiqə qazanıb. Həlledici matçda İraq 3:2 hesabı ilə qələbə qazanıb.
Digər altı iştirakçı Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən olub.

Ümumiyyətlə bu, turnirdə ilk insident deyil. Belə ki, bazar ertəsi oyuna gedən 7 nəfərin ölümü, 30 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Exit mobile version