AUT.AZ

Niyə içirmiş?

“Mançester Yunayted”in sabiq futbolçusu, hazırda “Nottingem Forrest”də çıxış edən  Cessi Linqard alkoqol asılılığından danışıb.

Aut.az xəbər verir ki, Linqard İngiltərə mətbuatına verdiyi açıqlamada içkiyə qurşanmasının səbəbi kimi ağrıları göstərib:

“Mən yatmazdan əvvəl içmişəm. İndi arxaya baxıb düşünürəm: “Niyə bunu etdim?” Amma elə bir şey lazım idi ki, ağrıları aradan qaldırsın və məni birtəhər sakitləşdirsin. Nə baş verdiyini unutmağa çalışdım, amma spirt vəziyyətimi 10 dəfə pisləşdirdi.

Tamamilə depressiyaya düşmüşdüm və oynamalı idim. Mən, sizin heç vaxt ağlınıza gəlməyəcək proseslərdən keçmişəm. Dünyanın ağırlığını çiynimdə daşıdığımı hiss edirdim”.

Aut.az

Exit mobile version