AUT.AZ

London klubu yeni hücumçu ilə gücləndi – RƏSMİ

“Vest Hem Yunayted” yeni tarsnferini açıqlayıb.

Aut.Az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi “Aston Villa”nın hücumçusu Denni İnqsi heyətinə qatıb.

30 yaşlı İnqs müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, hazırda “Vest hem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18-ci sırada qərarlaşıb.

Exit mobile version