AUT.AZ

Keçmiş “Fənərbaxça”lı Bundesliqa klubunda

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçikanın “Antverpen” klubundan Mixael Freyi transfer edib. Məlumatı klubun rəsmi saytı yayıb. İsveçrəli forvard mövsümün sonuna kimi icarə əsasında Gelzenkilxen təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Antverpen” Mixael Freyi 2021-ci ilin yayından “Fənərbaxça”dan transfer edib. 28 yaşlı hücumçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 23 matçda 9 qol vurub.

Exit mobile version