AUT.AZ

Həbs edildi

“Barselona”nın keçmiş futbolçusu Xavi Torres həbs edilib.

Aut.az xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq İspaniyada “Luqo”nun formasını geyinən Torres danışılmış oyunların təşkilində iştirak etməkdə təqsirli bilinir. Bu səbəbdən, o, 10 ay müddətinə həbsə və 22 aylıq diskvalifikasiyaya məruz qalıb.

2020-ci ildən məhkəməsi davam edən 36 yaşlı futbolçunun bu işdə “Osasuna” klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu müəyyənləşib.

Torres 2007-2009-cu illərdə “Barselona”da forma geyinib.

Exit mobile version