AUT.AZ

Futbol tariximizin ən bahalı transferlər

Azərbaycan futbol tarixinin ən bahalı 5 transferi açıqlanıb.

Aut.az xəbər verir ki, Belarus mətbuatı MDB ölkələrinin ən bahalı futbolçu keçidlərini hazırlayıb. Azrbaycandan siyahıya 5 futbolçu düşüb. İlk sırada 2001-ci ildə “Anji”dən Moskva “Lokomotiv”inə keçən Narvik Sirxayev yer alıb. Keçmiş oyunçunun keçidi üçün 1 milyon avro ödənilib.

Siyahıda Vəli Qasımov, Bəhlul Mustafazadə, Renat Dadaşov və Elnur Allahveriyevin adı yer alıb.

1. Narvik Sirxaev (2001: “Anji”dən (Mahaçqala) “Lokomotiv”ə (Rusiya) – 1 milyon avro)
2. Vəli Qasımov (1992: “Dinamo”dan (Moskva) “Betis”ə (İspaniya) – 600 min avro)
3. Bəhlul Mustafazadə (2021: “Sabah”dan “Əl Ayn”a (Birləşmiş Ərəb Əmirlikləri) – 500 min avro)
4. Renat Dadaşov (2019: “Eştoril”dən (Portuqaliya) “Vulverhempton”a (İngiltərə) – 500 min avro)
5. Elnur Allahverdiyev (2013: “Xəzər Lənkəran”dan “Qəbələ”yə – 450 min avro)

Exit mobile version