AUT.AZ

9 xalı silinə bilər

İtaliyanın “Yuventus” klubu ciddi cəzalana bilər.

Aut.az xəbər verir ki, Turin təmsilçisinin maliyyə fırıldaqçılığına görə A Seriyasında 9 xalı silinə bilər. Bu barədə ANSA agentliyi məlumat yayıb.

“Yuventus”un keçmiş maliyyə menecerləri fırıldaqçılıqda və 4 cinayət maddəsini pozmaqda ittiham edilir. İtaliya Futbol Federasiyasının Prokurorluğu saxta gəlir bəyənnaməsi təqdim edən “qoca sinyora”sın xalının silinməsini istəyir.

“Yuventus” A Seriyasında 18 turdan sonra 37 xalla 3-cü sıradadır.

Exit mobile version