AUT.AZ

2 milyonluq görüşün vaxtı və məkanı açıqlandı

Şahmat tacı uğrunda görüşlərin keçiriləcəyi yer müəyyənləşib.

Aut.az xəbər verir ki, Rusiyalı Yan Nepomnyaşi ilə çinli Din Liren arasında baş tutacaq qarşılaşmalar aprelin 7-dən mayın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil olunacaq. Bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb

Yeni dünya çempionunu müəyyənləşdirəcək görüşün mükafat fondu 2 milyon avrodur. Qalib bu məbləğin 60%-ni, uduzan isə 40%-ni alacaq.

Qeyd edək ki, şahmat tacı uğrunda görüş, əslində Maqnus Karlsen ilə İddiaçılar Turnirinin son qalibi olan Yan Nepomnyaşi arasında keçirilməli idi. Ancaq norveçli dünya çempionu bu görüşlərdən imtina edib.

Exit mobile version