AUT.AZ

Putinin köməkçisi Astarada stadiona helikopterlə düşdü

Yüksək rütbəli rusiyalı məmurun olduğu helikopter İranda futbol meydançasına düşüb.

Aut.az xəbər verir ki, bu barədə İranın İMNA xəbər agentliyi yazıb.

Məlumata görə, Astara bələdiyyəsinin və “Mes Şəhrbabək” komandaları arasında birinci liqanın futbol matçı iki helikopterin “Vəhdət” stadionunun meydançasına enməsi səbəbindən təxirə salınıb. Onlardan birində Rusiya prezidentinin köməkçisi İqor Levitin, ikincisində isə İran rəsmiləri uçub.

Matçla eyni vaxtda Astara limanında İran-Rusiya dəmir yolu xəttinin açılış mərasimi keçirilib. Levitindən başqa, burada Gilan əyalətinin qubernatoru Əsədullah Abbasi və İslam Respublikası Nəqliyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Astara stadionuna helikopterlərin enişi Rusiyadan İrana dəmir yolu xəttinin çəkilməsi ilə bağlı olub. Təyyarədə Rusiya prezidentinin baş məsləhətçilərindən biri də olub.

İran Futbol Liqasının birinci divizionunda oyunların təşkilinə cavabdeh olan Mehrdad Şafirad hadisə ilə bağlı bunları deyib: “Bunun üçün əvvəlcədən müəyyən edilmiş planımız yox idi. Bu, fövqəladə hal idi və məsələ 30 dəqiqə ərzində həll olundu, oyun təxminən 40 dəqiqə gecikdi”.

“Nəyə görə stadionunun ortasına eniş əmri verilib və helikopter başqa yerə enə bilərdimi” sualına Şəfirad belə cavab verib: “Görünür, bu, xüsusi şərtlərlə bağlı olub. Bununla bağlı Futbol Federasiyasının təhlükəsizlik xidmətinə məlumat verilib və hazırda araşdırma aparılır”.

Exit mobile version