AUT.AZ

Onların qarşıdurmasını 100-dən çox ölkə yayımlayacaq

Bu gün dünyanın gözü Səudiyyə Ərəbistanında olacaq.

Aut.az xəbər verir ki, səbəb isə bu ölkədə baş tutacaq futbol matçıdır. Səudiyyə Ərəbistanı dövlətinin qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirdiyi layihə çərçivəsində Fransanın PSJ klubu bu ölkəyə səfər edəcək. Paris təmsilçisi “Əl Nəsr” və “Əl Hilal”ın futbolçularından qurulmuş komanda ilə qarşılaşacaq.

Bu oyunu vacib və təmtəraqlı edən əsas məqam isə futbolun superulduzları – Kriştiano Ronaldo ilə Lionel Messidir. Əzəli rəqiblər bu görüşdə yenidən üz-üzə gələcəklər. Messi PSJ-nin, Ronaldo isə “Əl Nəsr”in futbolçusu kimi çıxış edəcək. Hətta bu oyun portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanıdakı debütü ilə əlamətdar olacaq. Kriş hətta komandanı meydana kapitan kimi çıxaracaq.

Bu matça maraq olduqca böyükdür. Çünki Ərəbistan yarımadasındakı oyun sözügedən futbolçuların son dueli kimi əlamətdar ola bilər. Ona görə də qarşılaşmaya maraq olduqca böyükdür. Bu səbəbdən oyun üçün satışa çıxarılan bütün biletlər satılıb. Hətta VİP biletlərdən biri 2,5 milyon avroya satılıb.

70 mindən çox tamaşaçı tutumuna malik Kral Fəhd Beynəlxalq Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Dünyanın 100-dən çox ölkəsində yayımlanacaq görüş Azərbaycanda nümayiş olunmayacaq.

Qeyd edək ki, bu futbolçular sonuncu dəfə 2020-ci Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində üz-üzə gəliblər. Həmin vaxt Messi “Barselona”da, Ronaldo isə “Yuventus”da çıxış edirdi.

Exit mobile version