AUT.AZ

Meydana çılpaq girən modelin həyatı necə dəyişdi? – Fotolar

2019-cu ildə Çempionlar Liqasının finalında meydana daxil olan Kinsey Volanski yəqin ki, futbol azarkeşlərinin yadından çıxmayıb. Rus əsilli polyak model bir hərəkəti ilə məhşurlaşdı. Hər kəs 2 qolun vurulduğu “Liverpul” – “Tottenhem” finalından deyil, ondan danışırdı.

Aut.az xəbər verir ki, bu addım onu qısa zamanda sosial şəbəkələrin bəzəyinə çevirdi. Bu fikri ona sevgilisi Vitali vermişdi. O, eyni zamanda erotik məzmunlu videolar hazırlayan şirkətin sahibi idi. Düşünürdü ki, onlar bu addımı atsalar, pulsuz reklamdan yararlana biləcəklər. Vitalinin planı baş tutdu.

Volanski qısa zamanda sosial şəbəkələrdə 3 milyondan çox izləyici toplayıb. O, portallardan birində çılpaq fotolarını satışa çıxarıb. Bu, ona milyonlar qazandırmağa başlayıb. Bu barədə 27 yaşlı modelin özü məlumat verib:

“Çılğın hərəkət idi. Amma həmin final mənə 4 milyon dollar qazandırdı. Bu qədər izlənəcəyimi bilmirdim. Bütün həyatım dəyişdi”.

Kinsey 30 yaşına qədər çalışıb təqaüdə çıxmaq istəyir. Onun artıq çalışdığı başqa biznes sahəsi də var. O, daşınmaz əmlak sahəsində fəaliyyət göstərir. Modelin sevimli hobbisi isə səyahətdir. Eyni zamanda, helikopter sürmək üçün lazım olan lisenziyanı alan Volanski, tez-tez səmalarda süzməyi də çox sevir.

Exit mobile version