AUT.AZ

Dünya əhalisinin 20 faizi bu oyuna baxıb

Ötən il keçirilən Dünya çempionatının finalını izləyənlərin sayı açıqlanıb.

Aut.az xəbər verir ki, FİFA-nın media şöbəsinin apardığı araşdırmalar və əldə etdiyi reytinq məlumatlarına görə, Qətərdə keçirilən mundialın həlledici oyununu 1,5 milyarddan çox insan izləyib. Bu, turnir tarixinin rekordu hesabı edilir.

Mütəxəssislər hesab edirlər ki, bu rəqəm daha böyük ola bilər. Argentina və Fransa komandaları arasında baş tutan oyunu ictimai yerlərdə izləyənlərin sayını hesablamaq imkanı olmadığından, real rəqəmləri açıqlamaq mümkün deyil. Güman edilir ki, dünya əhalisinin təqribən 20 faizi penaltilər seriyasına qədər uzanan tarixi qarşılaşmaya baxıb.

Qeyd edək ki, Argentina millisi Fransanı (3:3, pen-4:2) məğlub edərək dünya çempionu olub.

Exit mobile version