AUT.AZ

Əfsanəvi futbolçu ağır durumda

Niderlan futbolunun əfsanəvi adlarından biri olan Mark Overmarsın səhhəti yaxşı deyil.

Aut.az xəbər verir ki, dekabrın 30-da infarkt keçirdən Overmarsın durumu heç də yaxşı deyil. 21 gündür xəstəxanada olan 49 yaşlı sabiq vingerin əvvəl mikroinsult keçirdiyi bildirilsə də, indi onun vəziyyəti olduqca ağırdır.

“De Telegraaf”ın məlumatına görə, Overmarsın ürəyi hazırda normal qan həcminin yalnız 30%-ni vurmağa qadirdir. Bildirilir ki, onun ürək əzələsinin bir hissəsi ölüb, bədənə qan pompalamaq qabiliyyəti 70% azalıb.

Overmars futbolçu karyerası ərzində “Ayaks”, “Arsenal” və “Barselona” kimi klublarda çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra yetirməsi olduğu Amsterdam klubunda məşqçi və futbol direktoru olub. 2022-ci ilin martından Beçikanın “Antverpen” klubunda idman direktoru vəzifəsində çalışır.

Exit mobile version