AUT.AZ

Porno ulduz Messini yamsıladı – FOTOLAR

Rusiyalı pornoqrafik aktrisası Yuliya Romanova növbəti dəfə gündəmə gəlib.

Aut.az xəbər verir ki, o, sözügedən filmlərin yaradılmasında və əyləncə sənayesinin inkişafındakı nailiyyətlərə görə verilən “XBIZ Awards” tədbirinin iştirakçısına çevrilib. Eva Elfi ləqəbi ilə tanın Yuliya ilin ən yaxşı aktrisası seçilib.

Əsas hadisə isə bundan sonra baş verib. Eva ona verilən mükafatla yataqda şəkil çəkdirib. O, bu addımı ilə Lionel Messinin hərəkətini təkrarlayıb. 35 yaşlı superulduz Argentina milli komandası ilə dünya çempionu olduqdan sonra eyni formada – yataqda kubokla şəkil çəkdirmişdi.

Bu fotolarını sosial şəbəkələrdəki hesablarında paylaşan Eva Elfi izləyiciləri tərəfindən xeyli tərif alıb.

“Şahzadə və onun mükafatı”.

“Porno üzrə dünya çempionu”.

“Təbrik edirəm, balam, mərasimdə çox gözəl göründün.”

“Razıyam, sən qızılsan, Eva Elfi. Və mən səni təsəvvür edə bilməyəcəyin qədər çox sevirəm.”

“Gözəl və möhtəşəm.”

“Makyajsız çox gözəlsən.”

“Sən ən yaxşısan. Sən mükafatı, mən də səni xəyal edirəm”.

“Yanında oyanmaq… Əla səhər olardı.”

“Gözəlliyini göstərən qızları sevirəm. Bir nəfər ilə evlənmək istərdim. Mən onun nailiyyətləri ilə fəxr edərdim!”

Maraq üçün qeyd edək ki, Eva Elfi Argentina millisinin və Messinin azarkeşidir. O, mundial zamanı bu komandaya və futbolçuya dəstək olmaq üçün Qətərə yollanmışdı.

 

Exit mobile version