AUT.AZ

Klubların Avropa reytinqi: “Qarabağ” ilk “50-lik”də!

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa klublarının reytinq siyahısını açıqlayıb.

Aut.az xəbər verir ki, Azərbaycan siyahıda üç klublar təmsil olunur.

“Qarabağ” 139 xalla qitə reytinqinin 49-cu sırasında qərarlaşıb. Azərbaycanın reytinqdəki digər təmsilçisi “Neftçi” 66.5 xalla 146-cı yeri tutub. Ümumilikdə 265 klubun olduğu siyahıda “Zirə” 253-cü pillədə (50.25 xal) qərarlaşıb.

Avropa reytinqinə İngiltərənin “Liverpul” klubu başçılıq edir. Sonrakı pillələrdə qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. “Liverpul” (İngiltərə) – 273 xal
  2. “Çelsi” (İngiltərə) – 250
  3. “Mançester Siti” (İngiltərə) – 248
  4. “Real” (İspaniya) – 247
  5. “Benfika” (Portuqaliya) – 228
  6. “Portu” (Portuqaliya) – 224
  7. “Leypsiq” (Almaniya) – 220
  8. PSV (Niderland) – 215,5
  9. “Bayern” (Almaniya) – 208
  10. “Betis” (İspaniya) – 202
Exit mobile version