AUT.AZ

Kloppun “Liverpul”dan gedəcəyi vaxt

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanı tərk etmək niyyətində deyil.

Aut.az xəbər verir ki, alman mütəxəssis uğursuz keçən mövsümə baxmayaraq, işinə davam etmək və vəziyyəti düzəltmək istəyir. Klopp istefaya göndərilməsə, postunda davam edəcəyini deyib: “Mənə “get” deyilənə qədər buradayam”.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında keçirdiyi 18 oyunda 8 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətlik performans göstərib.

Komanda hazırda 28 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Exit mobile version