AUT.AZ

“Kəpəz” son oyunda darmadağına sevindi

Aut.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Qazaxıstan “Kaysar”ı ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 16:00-da başlayan oyunda Gəncə təmsilçisi böyük hesabla qalib gəlib – 3:0. 9-cu dəqiqədə Ahmed Ayzaya penaltidən hesabı açıbsa, 48-ci dəqiqədə Mate Kvirkviya 11 metrlik zərbəni dəqiq yerinə yetirib. 50-ci dəqiqədə isə Ayzaya dublunu rəsmiləşdirib.

Xatırladaq ki, gəncəlilər Antalyadakı ilk oyunda Macarıstanın “MTK Budapeşt” komandasını 1:0 hesabı ilə məğlub etmiş, daha sonra Serbiyanın “Novi Pazar” kollektivi ilə heç-heçə (0:0) oynamışdı.

Exit mobile version