AUT.AZ

İki gün əvvəl qovulan baş məşqçi postuna qayıtdı

Yanvarın 16-da “Salernitana”nın baş məşqçi postundan uzaqlaşdırılan Davide Nikola kluba qayıdacağını açıqlayıb.

Aut.az xəbər verir ki, italiyalı mütəxəssis məsələ haqda bu cür danışıb:

“Dünən klub prezidenti mənə zəng edib qərarın səbəblərini izah etdi. Mən ondan işdən çıxarılmağımı yenidən düşünməsini xahiş etdim. O, razılaşdı və indi mən bütün gücüm və ehtirasımla rəhbərliyin etimadını qazanacam. Hekayəni yenidən birlikdə başlamaq üçün qayıdıram”.

Xatırladaq ki, Nikola iki gün əvvəl “Salernitana”nın İtaliya çempionatının 18-ci turunda “Atalanta”ya 2:8 hesablı məğlubiyyətindən sonra postundan uzaqlaşdırılmışdı.

Exit mobile version