AUT.AZ

“Turan Tovuz” qazaxlara da qalib gəldi

Aut.az xəbər verir ki, əyalət təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində son sınaq matçını Qazaxıstanın “Jetisu” komandasına qarşı keçirib.

Bakı vaxtı ilə saat 16:30-da start götürən matçın yekununda Tovuz klubu 2:0 hesablı qələbəyə sevinib. Qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrənin “Aarau” klubuna 1:0 hesabıyla qalib gəlib.

Exit mobile version