AUT.AZ

Rusiya və Belarus bayraqlarına qadağa

Avstraliya Tennis Federasiyası  azarkeşlərə Avstraliya Açıq çempionatında tribunalara Rusiya və Belarus bayraqlarını gətirməyi rəsmən qadağan edib.

Aut.Az xəbər verir ki, buna səbəb ukraynalı azarkeşlərin çoxsaylı şikayətləri olub.

 

Rusiyalı Kamilla Rəhimova ilə ukraynalı Katerina Beyndl arasında yanvarın 16-da baş tutan görüşdə tribunada Rusiya bayrağı qaldırıldığına görə, ukraynalı azarkeşlər polis və təhlükəsizlik xidmətlərinə zəng edərək onları yarışın keçirildiyi arenaya çağırıblar.

Exit mobile version