AUT.AZ

Rafael Fiziyevin UFC-dəki növbəti döyüşünün vaxtı məlum oldu

Azərbaycanın UFC döyüş təşkilatındakı təmsilçisi Rafael Fiziyevin növbəti görüşünün vaxtı müəyyənləşib.

Aut.az xəbər verir ki, 29 yaşlı idmançı UFC286 turniri çərçivəsində Castin Geyci ilə qarşılaşacaq. Həmin döyüş martın 19-da baş tutacaq. Bu barədə UFC-nin rəsmi saytı məlumat yayıb.

Daha əvvəl bu iki idmançı arasında görüşün UFC283 və 282 turnirlərində baş tutacağı bildirilsə də, bu baş verməyib. MMA döyüşçümüzün görüşü artıq yarışın rəsmi proqramına daxil edilib.

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.

Exit mobile version