AUT.AZ

“O, yalnız qaça bilir”

Rusiyalı mütəxəssis Leonid Slutski Donetsk “Şaxtyor”unun vingeri Mixail Mudrikin “Çelsi”yə transfer olunmasına münasibət bildirib.

Aut.Az Slutski “zadəganlar”a 70+30 milyon avroya başa gələn ukraynalı barədə “Youtube” üzərindən yayımlanan “Komment.Şou”ya belə danışıb:

 

“Çempionlar Liqasında bir neçə oyun keçirən futbolçuya 100 milyon avro? Bu, necə olur ki? Gələcək üçün nəzərdə tutulan futbolçuya 100 milyon verirlərsə, pulları çoxdur. Sadəcə, klubun yeni sahibləri əvvəlkindən zəif olmadılarını göstərmək istəyirlər. Hiss olunur ki, transfer etmək təcrübələri yoxdur. Bu səbəbdən də kənardan hər şey qarışıq görünür. Bu keçidin onlara nə qazandıracağını zaman göstərəcək. Hə, Mudrikin əla sürəti var. Amma məncə, o, indilik yalnız yaxşı qaça bilir”.

Exit mobile version