AUT.AZ

Mafia liderinin həbsinin şahidi olub

“Yuventus”un və İtaliya millisinin sabiq futbolçusu Salvator Skillaçi “Cosa Nostra” cinayətkar dəstəsinin lideri olan Matteo Messina Denaronun həbsinin şahidi olub.

Aut.az xəbər verir ki, bu barədə keçmiş hücumçu özü açıqlama verib.

Denaro dünən xəstəxanaların birində polis tərəfindən saxlanılıb. Ömürlük həbs cəzası verilən Denaro 30 il idi qaçaq yaşayırdı.

ANSA agentliyinə danışan Skillaçi mafia liderinin həbsinin şahidi olduğunu söyləyib:

“Səhər saat 8-də xəstəxanada idim. Maskalı şəxslərin gəldiyini gördüm. Yaxınlıqda idim, çöldə siqaret çəkdiyim üçün içəri girmədim. Çox şey görə bilmədim. Sonra polislər bizi saxladı və yerimizdə qalmağımızı söylədi. Qarışıqlıq düşmüşdü. Sanki Qərb filmindən bir səhnə idi”.

Skillaçi 1990-cı ildə dünya çempionatının bombardiri və ən yaxşı oyunçusu seçilib.

Exit mobile version