AUT.AZ

Kolumbiya millisinin sabiq üzvü “Neftçi”yə təklif olundu

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” menecerlər tərəfindən təklif edilən kolumbiyalı vinger Orlando Enrike Berrio Melendesi heyətinə qatmağa yaxındır.

Paytaxt təmsilçisinin nümayəndələri 31 yaşlı futbolçu və çıxış etdiyi “Aquylas Doradas” klubu ilə danışıqları sürətləndiriblər. Buna səbəb qış fasiləsinin başa çatmasına saylı günlər qalmasıdır.

Danışıqlarda əsas məsələ futbolçunun ilin sonuna qədər müqaviləsi olduğu klubu razı salmaqdır. Çünki Kolumbiya millisinin sabiq üzvü Azərbaycanda çıxış etməyə isti yanaşır.

Universal yarımmüdafiəçi olan Orlando Berrio Portuqaliyanın “Arouka” klubuna transfer olunan Yusuf Lavalın əvəzləyicisi ola bilər.

Qeyd edək ki, Kolumbiyanın “Atletiko Nasional”ın yetirməsi olan futbolçu karyerası ərzində bu klubla yanaşı, ölkəsində “Millonarios”, “Patriotas”ın formasını geyinib. 31 yaşlı furbolçu Braziliyanın “Flamenqo”, “Amerika Mineyro” və BƏƏ-nin “Xor Fakkan” klublarında legioner həyatı yaşayıb. 2022-ci ilin yayından isə “Aquylas Doradas”da çıxış edir.

Exit mobile version