AUT.AZ

Kiyev “Dinamo”sundan La Liqaya

Daha bir ukraynalı futbolçu legioner həyatı yaşayacaq. “Şaxtyor”dan “Çelsi”yə gedən Mihail Mudrikin ardınca Viktor Çıqankov da eyni addımı atıb.

Aut.az xəbər verir ki, Kiyev “Dinamo”sunun yetirməsi İspaniyaya yollanacaq. “Dinamo” yetirməsi olan 25 yaşlı forvardı “Jirona”ya göndərməyə razı olub.

Kiyevlilərlə mövcud müqaviləsi yayda bitəcək oyunçu yaxın günlərdə La Liqa təmsilçisi ilə müqavilə bağlayacaq. Klublar bununla bağlı razılığa gəlib, amma maliyyə detalları hələ ki, gizli saxlanılır.

Exit mobile version