AUT.AZ

Keçmiş futbolçu dağa çılpaq çıxdı

Almaniya millisinin sabiq ulduzu Andre Şürrle ekstremal hava şəraitində dağa dırmaşıb.

Aut.Az xəbər verir ki, o bunu qarlı havada və 19 dərəcə şaxtada üst geyimi olmadan, şortiklə edib.

 

Küləyin saatda 100 kilometrə çatdığı havada dağa dırmaşan Şürrle fotoşəkillərini “Instagram” hesabında paylaşaraq belə şərh yazıb: “Bu, həyatımın ən çətin zehni və fiziki səyi idi. Sona doğru bədənimi heç hiss edə bilmirdim. Davam etmək üçün içimdə bir şey tapmalı oldum. Bunu heç vaxt unutmayacağam. Öyrəndim ki, bədənim və ağlım düşündüyümdən daha güclüdür”.

“Çelsi” ilə İngiltərə çempionu olan Şürrle karyerasını 2020-ci ildə 29 yaşında bitirib. Halbuki onun zədə ilə bağlı problemi olmayıb.

Alman futbolçu karyerası ərzində “Maynts”, “Bayer”, “Çelsi”, “Volfsburq” və “Borussiya Dortmund”da çıxış edib. O, Almaniya millisində 57 oyun keçirib və 22 qol vurub. Şürle DÇ-2014-ün qalibidir.

Exit mobile version