AUT.AZ

Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə Rusiyada klubunu dəyişib.

Aut.az xəbər verir ki, müdafiəçi “Rubin”dən “Zenit”ə keçib. Bu barədə Sankt-Peterburq klubunun mətbuat xidməti məlumat yayıb. Mirzəliyeva ilə 2 illik müqavilə imzalanıb.

Nigar 2021-ci ildən “Rubin”də çıxış edirdi.

Exit mobile version