AUT.AZ

25 oyunçu öz matçına mərc etdi

Niderland futbol liqalarında 25 futbolçunun öz oynadıqları matçlara mərc etdiyi bəlli olub.  

Aut.az xəbər verir ki, bu barədə “dutchnews.nl” saytı məlumat yayıb.

Bildirilib ki, 25 futbolçudan 6-sı əsas liqa, qalanı isə aşağı liqa klublarının üzvləridir.

Hazırda ölkə polisi bununla bağlı araşdırmalara başlayıb.

Niderland Futbol Federasiyası məlumatı təsdiq edib.

Exit mobile version