AUT.AZ

Yeni baş məşqçi

“Kremoneze”nin yeni baş məşqçisi açıqlanıb.

Aut.az xəbər verir ki, A Seriyası təmsilçisinin sükanı Davide Ballardiniyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son klubu “Cenoa” olan mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Ballardini bir neçə gün əvvəl istefaya göndərilən Massimiliano Alvinini əvəzləyib.

“Kremoneze” A Seriyasında 7 xalla sonuncu sıradadır.

Exit mobile version