AUT.AZ

Tanınmış idmançı ölü tapıldı

Aut.az xəbər verir ki, 40 yaşlı niderlandlı idmançı Medemblikdəki ofisində hərəkətsiz vəziyyətdə tapılıb. Onu həyata qaytarmaq üçün ilkin tibbi müdaxilə və ürək masajı edilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yanvarın 14-də baş verib.

Qeyd edək ki, “canavar” ləqəbi ilə tanınan Liuve Vestra karyerasını erkən – 34 yaşında bitirib. O, bir çox nüfuzlu veloyarışların qalibi olub. İspaniyada otel sahibi olan sabiq idmançı karyerasını bitirdikdən sonra depresiyaya düşdüyü, bu səbəbdən səhhətində tez-tez problem aşkarlandığı bildirilir.

Exit mobile version