AUT.AZ

Ruslarla oyuna Ukrayna bayrağının rəngləri ilə

Bolqarıstanın “Levski” klubu maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, Dubayda təlim-məşq toplanışında olan Sofiya təmsilçisi Rusiya komandaları ilə sarı və mavi rəngli formada meydana çıxmağı planlaşdırır. “Levski” “Krasnodar”, “Spartak” və “Ural”la yoldaşlıq oyunlarında bu addımı atmaq niyyətindədirlər. Ukrayna bayrağının rənglərində olan forma ilə mübarizəyə yerli fanatların narazılığından sonra qərar verilib.

Lakin bu, rusiyalılar tərəfindən müsbət qarşılanmayıb. Artıq bu istəkdən sonra “Krasnodar” yoldaşlıq görüşündən imtina edib.

Exit mobile version