AUT.AZ

“Qarabağ”da şok itki – Mövsümü başa vurdu

Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan “Qarabağ”ın düşərgəsindən gözlənilməz xəbər var.

Aut.az-ın məlumatına görə, komandanın əsas üzvlərindən biri olan Abbas Hüseynov sıradan çıxıb. Sağ cinah müdafiəçisi “atlıların” məşqlərindən birində ağır xəsarət alıb. İlkin müayinədən sonra 27 yaşlı futbolçunun arxa xaçvari diz bağlarında problem olduğu müəyyən edilib. Onun mövsümü başa vurmaq və daha uzun müddət yaşıl meydanlardan kənar qalma ehtimalı var. Futbolçunun əməliyyat olunub-olunmayacağı ilə bağlı yekun qərar bir neçə müayinədən sonra veriləcək.

“Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə saytımıza açıqlamasında xəbəri təsdiqləyib. O, futbolçunun durumu ilə bağlı bunları deyib:

“Zədə ciddidir. Amma hələ ki, yekun rəy yoxdur. Abbas Hüseynov ilkin müayinədən keçib. Futbolçumuz bir neçə dəfə də həkim yoxlamasında keçməılidir. Ondan sonra durumuna tam aydınlıq gələcək”.

Qeyd edək ki, Abbas Hüseynov 2017-ci ilin yayında sabiq “İnter” klubundan (indiki “Şamaxı”) “Qarabağ”a transfer olunub. Müdafiəçi bu mövsüm 21 oyunda meydana çıxıb və 1 qol vurub. Futbolçu Ağdam təmsilçisinin formasıyla ümumilikdə 133 matçda forma geyinib və 3 dəfə fərqlənib.

Exit mobile version