AUT.AZ

“Qarabağ”da daha bir şok itki

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” daha bir itki üzləşib.

Aut.az xəbər verir ki, bu dəfə “atlılar”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sıradan çıxıb. 28 yaşlı əlcək ustasının qolu sınıb. Bu, komandanın məşq prosesi zamanı baş verib. Şahruddin 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xəbəri saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. Klub rəsmisi bildirib ki, Məhəmmədəliyev əməliyyat olunub. Abbaszadənin sözlərinə görə, milli komandamızın üzvü ən yaxşı halda 2 aydan sonra meydanlara qayıdacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq. “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

Exit mobile version