AUT.AZ

“Qəbələ” Çexiya klubuna uduzdu

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Aut.az xəbər verir ki, “qırmızı-qaralar” yanvarın 4-də başlayan Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxıb. Qonşu ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi “Teplitse” olub. Matç çexlərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Ramon Maçado fərqlənib.

“Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Komanda yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.

Exit mobile version