AUT.AZ

“Liverpul”un səhmlərini görün kimlər alır

Qətərli biznesmlər İngiltərənin “Liverpul” klubunun sahibi ola bilərlər.

Aut.az xəbər verir ki, bu barədə qətərli jurnalist Məhəmməd Səid Əl-Kaabi məlumat yayıb. Sözügedən ölkədən iş adamları “qırmızılar”ın “Fenway Sports Group” şirkəti tərəfindən satışa çıxarılan bütün səhmlərini almaq istəyirlər. Ancaq bu məsələdə ortaq məxrəcə gəlmək hələ mümkün olmayıb. Prosesin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-ə məxsus “Fenway Sports Group”un sahibi olan Con Henri 2010-cu ildə “Liverpul”u satıb alıb.

Exit mobile version