AUT.AZ

Kadinin “Qarabağ”lılara təsirli müraciəti

“Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borges komanda, azarkeşlər və Azərbaycanla vidalaşıb.

Aut.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “İnstaqram” hesabındakı paylaşımında ölkəmizdə və Ağdam təmsilçisində yaşadığı hər bir günün onun üçün xüsusi olduğunu bildirib. Uğurlarında və inkişafında pay sahibi olan şəxsləri unutmayan Kadi azarkeşlərə də təşəkkür edib:

“Bir gün hər şey bitdiyi üçün bir mərhələ bağlanır. Demək istədiyim hər şeyi yazsam, sətirlər əskik olacaq. Çünki Azərbaycanda yaşadıqlarım indiyə qədər həyatımda ən çılğın və ən gözəl şeylərdən biri idi.

Klub üçün mübarizə apardığım dövrlərdə mənə verdiyi hər şeyə görə hər gün yanımda olan oyunçuların hər birinə və mənə kömək edən bütün heyətə və “Qarabağ”a ürəkdən təşəkkürümü bildirirəm. Daha yaxşı oyunçu oldum. İstisnasız olaraq hər birinizə Kadini yeni Kadiyə çevirməyi bacardığınız üçün təşəkkür edirəm.

Klubda etdiyim hər şeyə – 74 oyun, 28 qol 28 məhsuldar ötürmə, Premyer Liqa çempionluğu, kubokun qalibi, ən yaxşı bombardiri və mövsümün ən yaxşı oyunçusu mükafatlarına görə uğur hissi ilə klubdan ayrılıram. Başımı dik tutmuşam…

Təsəvvür etmədiyim şəkildə məni qucaqlayan pərəstişkarlarıma da xüsusi təşəkkürümü bildirirəm. Siz bizim həyatımızda bənzərsiz idiniz. Mənim və həyat yoldaşım Samara Qonçalves sizinlə yaşadığımız hər anı bizim evimizdə xüsusi bir yerdə yaşayacağıq.

Bu gün karyeramda yeni bir çağırışa və dövrə keçirəm. Hər gün məni təəccübləndirdiyi üçün Allaha şükür edirəm. Onsuz bunların heç birinin mümkün olmadığına əmin ola bilərəm.

“Qarabağ” klubuna, texniki heyətinə, oyunçularına və azarkeşlərinə sevgi və sonsuz ehtiramımı bildirirəm. Hamınıza uğurlar arzulayıram.

Sizinlə görüşəcəyik, heç vaxt vida olmayacaq.

Sevgi ilə Kady20″.

Exit mobile version